Gömrükdə qanunsuz siqaret gətirlməsinin qarşısı alınıb

17:28 - 13 Dekabr 2016 - Xəbər

 Rusiya istiqamətindən Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, qonşu ölkə vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindəki əl yükünə gömrük baxışı keçirilib. DGK-nin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı yağ qutularının içərisində gömrük nəzarətindən gizlədilən, üzərində Belarusa məxsus aksiz markası olan 5200 ədəd siqaret aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti