Azərbaycanda tanınmış hakim xəstəxanaya yerləşdirilib

16:43 - 13 Dekabr 2016 - Xəbər

Azərbaycanda tanınmış məhkəmə hakiminin səhhətində problem yaranıb.APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov ürəyində yaranan problemlərlə bağlı xəstəxanaya yerləşdirilib. Məhkəmədən onun bir neçə gündür işə çıxmadığını bildiriblər.
Qeyd edək ki, Ənvər Seyidov 1949-cu il martın 29-da anadan olub.
Birinci ixtisas dərəcəli hakim, hüquq elmləri namizədi, dosentdir.

Xəbər xətti