Kürdlərə 7 helikopter silah göndərildi

14:15 - 13 Dekabr 2016 - Xəbər

Bir neçə gün öncə ABŞ Konqresinin kürdlərə yardım edilməsi barədə qəbul etdiyi qərarın ABŞ prezidentinin razılığı olmadan icrasına başlanılıb.

Axar.az xəbər verir ki, son 1 sutka ərzində Suriyadakı kürd silahlı birləşmələrə 7 helikopter hərbi təchizat göndərilib.
Suriya Demokratik Qüvvələrindən “Basnyus”a verilən məlumata görə, ABŞ-ın bölgəyə göndərdiyi silahlar Rakka əməliyyatlarına hazırlıq xarakteri daşıyır.
YPG-yə verilən silahlar arasında “Stinger” hava hücumundan müdafiə sistemi və zirehli avtomobillərə qarşı istifadə olunan raketlər də var.
Qeyd edək ki, ABŞ Senatı bir müddət öncə kürdlərə “Stinger” sistemlərinin göndərilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Ancaq yardımın qüvvəyə minməsi üçün Prezident Barak Obamanın təsdiqi lazım idi.

Xəbər xətti