Günay İbrahimlidən 170 manatlıq qayda pozuntusu –VİDEO

14:01 - 13 Dekabr 2016 - Xəbər

Müğənni sükanı buraxıb selfi çəkir  


Müğənni Günay İbrahimli yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə pis nümunə olan məhşurların sırasına keçib. Avtosfer.az xəbər verir ki, bunu təsdiq edən edən videonu müğənni dünən öz İnstagram səhifəsində paylaşıb. Rəfiqəsi tərəfindən çəkilən videonu Günay özü sosial şəbəkədə yayıb və hətta bununla fəxr edirmiş kimi, on minlərlə selfi çəkib, yalnız birini seçdiyini qeyd edib.
Videodan da göründüyü kimi, Günay İbrahimli sükan arxasında mobil telefon əldə saxlamaqla ondan istifadə edir, selfi çəkdirir və diqqəti sükanda yox, çəkdiyi şəkillərdədir. Bununla o, 50 manatlıq qayda pozur. Bundan əlavə, xanım müğənni avtomobili idarə edərkən əllərini sükandan çəkir. Bu isə 40 manat cərimə deməkdir. Üstəlik, Günay İbrahimli sükan arxasında təhlükəsizlik kəmərini bağlamayıb. Bu da 40 manatlıq cərimədir. Və nəhayət, Günay İbrahimli sükan arxasında diqqəti yayındıran söhbətə qoşulub. Yəni, onun diqqəti yolda və sükanda yox, rəfiqəsində və çəkdiyi fotolardadır. Bu da 40 manatlıq qayda pozuntusu sayılır. Bütövlükdə, Günay İbrahimli bu videoda 170 manatlıq qayda pozuntusuna yol verib.
Qeyd edək ki, videoya şərh yazanların əksəriyyəti Günayın bu hərəkətinin təhlükəli olduğunu qeyd ediblər. Həmin videonu təqdim edirik:
 
Elməddin

Xəbər xətti