"Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş intellektual yarış"

13:15 - 13 Dekabr 2016 - Cəmiyyət

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun 8-ci qrant müsabiqəsində qalib olmuş "Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş intellektual yarış" layihəsi 10 dekabr tarixində final oyununu keçirtdi. "Nə? Harada? Nə zaman?" formatında keçirilən yarışın ilk pilot oyunu 26 noyabr Etika Akademiyasında baş tutmuşdur. 15 komanda və 90 bilicinin iştirak etdiyi əsas oyunda 30 sualdan ibarət 2 Raund oynanıldı. Azərbaycan tarixi və mədəniyyəti, eləcə də ümumi dünya görüşü ilə bağlı sualları cavablandıran komandalar arasından ən yüksək xalları toplayan komandalardan Ala Qarğa komandası 1-ci, SDUistlər komandası 2-ci  və Eksperiment komandası 3-cü yeri tutaraq, sertifikat, kubok və həvəsləndirici hədiyyələrlə mükafatlandırıldılar. 
Qeyd edək ki, layihə rəhbəri  AGAT-ın sədr müavini Səbinə Əsədovadır.


Xəbər xətti