Üç rayonun müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək

12:39 - 13 Dekabr 2016 - Cəmiyyət

15-16 dekabr tarixlərində Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Təhsil Nazirliyindən verilən məlumata görə, Masallı Olimpiya İdman Kompleksində keçiriləcək diaqnostik qiymətləndirmədə  4500 nəfərə yaxın müəllim iştirak edəcək.
Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.

Xəbər xətti