Gömrükçülər qanunsuz yolla ölkəyə gətirilən pirotexniki məmulatlar aşkar edib

11:55 - 13 Dekabr 2016 - Xəbər

 Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin “Mazimçay” gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi “Opel Vectra” markalı nəqliyyat vasitəsinə “Arçi” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib. DGK-nin mətbuat xidmətindən verilən məlumata görə, itin reaksiyasına əsasən yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən 1856 ədəd pirotexniki məmulatlar aşkar olunub. 
Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məmulatı əsasında “Mazimçay” gömrük postunda Gürcüstandan Azərbaycana gələn digər ölkə vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinin hər dörd qapısının içərisindəki boşluqlardan isə 2540 ədəd petarda tipli pirotexniki məmulatlar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.


Xəbər xətti