XİN: "Türkiyə xalqının kədərini bölüşürük"

11:37 - 11 Dekabr 2016 - Xəbər

Azərbaycan XİN İstanbulda törədilmiş terror aktı ilə bağlı açıqlama yayıb


Azərbaycanın Xarici İşlər Nazirliyi İstanbul şəhərində törədilmiş terror aktı ilə əlaqədar açıqla yayıb. XİN-nin mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, açıqlamada deyilir:
"Biz, İstanbulun Beşiktaş rayonunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik. Bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir". 

Xəbər xətti