İstanbulda güclü partlayış: 20 yaralı-VİDEO

00:19 - 11 Dekabr 2016 - Xəbər

İstanbulda Vodafone Arena sadionunun yaxınlığında 2 güclü partlayış baş verib. Ucnoqta.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bomba yüklü avtomobil polislərin olduğu avtobusun yaxınlığında partladılıb. İlkin məlumata görə, partlayış nəticəsində 20 nəfər xəsarət alıb. Hadisə yerinə çoxlu təcili tibbi yardım briqadaları göndərilib.
Qeyd edək ki, partlayış "Beşiktaş" "Bursaspor" qarşılaşmasından bir az sonra törədilib. Azarkeşlərin həmin anda stadionu artıq tərk etdiyi bildirilir.

Xəbər xətti