Allahşükür Paşazadə: “Azərbaycan dövlətinin, onun bünövrəsinin qurulması Heydər Əliyevin adı ilə bağlıdır”

16:03 - 10 Dekabr 2016 - Xəbər

 

Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
“Report” xəbər verir ki, tədbirdə QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədri Mübariz Qurbanlı, ictimaiyyət nümayəndələri, elm, din, siyasət xadimləri iştirak edib.
Mərasim “Qurani-Kərim”in oxunması ilə başlayıb, ümummilli lider H.Əliyevin ruhuna dualar oxunub.
Mərasimi giriş sözü ilə açan QMİ sədri A.Paşazadə ulu öndər H.Əliyevə və onun xanımı Zərifə Əliyevaya Allahdan rəhmət diləyib: “Azərbaycan dövlətinin, onun bünövrəsinin qurulması Heydər Əliyevin adı ilə bağlıdır. Onun ikinci dəfə hakimiyyətə gəldiyi illər çox çətin idi. Azərbaycan dövlətçiliyini xəritədən silmək üçün planlar qurulmuşdu. Həmin planlara əsasən Azərbaycan parçalanmalı və dövlətçilik tamamilə məhv olmalı idi. Allaha şükür ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra xalqın gücü ilə kənar qüvvələri neytrallaşdıra bildi”.
H.Əliyevin Allaha inanan, imanlı insan olduğunu deyən A.Paşazadə ulu öndərlə bağlı xatirələrini bölüşüb: “Heydər Əliyev Allahın Azərbaycana göndərdiyi nemət idi. O, çox işləyən bir insan idi. Gecənin yarısına qədər işləyirdi. İndi Azərabycanda çətinliklər də ola bilər. Deyə bilmərik ki, bütün məsələlər həll olub. Amma bu çətinliklər bütün dövlətlərdə olur. Belə çətinliklərdən keçmək mümkündür. Əsas odur ki, bəzi dövlətlərdə olduğu kimi müharibələr, qarşdurmalar olmasın. İndi biz dövlətçiliyimizi, dövlət başçımızı qoruması üçün Allaha dua etməliyik. Bizi gözü götürməyən qüvvələr də var. Allah-təala həmin qüvvələrə imkan verməsin. Dindən istifadə edərək, dinə qarşı gedənlər təhlükəli qüvvələrdir”.
Tədbirin davamında Heydər Əliyev haqqında filim izlənilib.
Tədbirin sonunda ehsan süfrəsi açılıb. 

Xəbər xətti