Qanunsuz ov edən şəxslər tutulub

12:07 - 10 Dekabr 2016 - Xəbər

Qanunsuz ov edən Ağdaş rayon sakinləri saxlanılıb.APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Oğuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakinləri Elnur Məmmədov, Nadim Süleymanov və Elnur Nəsirov Sincan kəndi ərazisində qanunsuz ov etdikləri üçün saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan  4 ədəd "TOZ-16" markalı silah götürülüb.

 

Xəbər xətti