Azərbaycan nefti 1%-ə qədər bahalaşıb

11:27 - 10 Dekabr 2016 - Xəbər

Azeri LT CIF markalı neftin bir barelinin qiyməti 54,89 dollara bərabər olub.Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,46 dollar və yaxud 0,85% artıb."Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 54,89 dollara bərabər olub.Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər xətti