MN: "Qarşıdurma xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarətindədir”

11:05 - 2 Dekabr 2016 - Xəbər

Müdafiə Nazirliyi cəbhə bölgəsində düşmənlə təmas xəttində gərginliyin yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, erməni silahlı bölmələrinin təxribatlarının qarşısı qətiyyətlə alınır:
“Düşmənlə qarşıdurma xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarətindədir”.

Xəbər xətti