“Excelsior Hotel & Spa Baku” otelində turizm sahəsində təhsili alan tələbələr üçün təlim keçiriləcək

14:41 - 1 Dekabr 2016 - Xəbər

  8 dekabr 2016-cı il tarixində  “Excelsior Hotel & Spa Baku” oteli KSM  sahəsində turizm fakültəsinin tələbələri üçün  növbəti təlimi keçirəcək. Təlim “AtaHolding”   Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova,  Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin dekanı  Şəlalə Həsənova,  Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi və DAİR Otellər və Restoranlar Assosiasiyasının üzvü Dinara Ağəliyeva və “Excelsior Hotel & Spa Baku” otelinin HR meneceri Kamran Rzayev tərəfindən aparılacaq. 
  “Excelsior Hotel & Spa Baku”  otelinin baş meneceri Turhan Poyraz tədbir barədə qeyd etdi ki, hazırda turizm sənayesi Azərbaycan iqtisadiyyatının daha dinamik inkişaf etməkdə olan sahələrindən biridir. İndi Azərbaycanda turizm sahəsində ixtisaslı mütəxəssislərə böyük tələbat var. Otel bu cür təlimlər keçirib, tələbələri hazırlamaqla ölkə iqtisadiyyatının turizm sektorunda kadr potensialının inkişafına kömək edir. Təlimin məqsədi tələbələrə turizm biznesində  praktiki bacarıq və tövsiyələrin aşılanmasıdır.
        Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin dekanı Şəlalə Həsənova biznesdə işgüzar reputasiyanın əhəmiyyəti, imicin formalaşması xüsusiyyətlərindən və turizm sahəsində reputasiya kapitalının idarə edilməsindən danışacaq.  Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi və DAİR Otellər və Restoranlar Assosiasiyasının üzvü Dinara Ağəliyeva turizm xidmətləri sahəsində qida sektorunun fəaliyyət xüsusiyyətləri və yerləşdirmə sektoru mövzusunda çıxış edəcək. “Excelsior Hotel & Spa Baku” otelinin HR meneceri Kamran Rzayev CV-lərin tərtib edilməsi və müsahibələrdə düzgün taktika, işgüzar söhbətlərin aparılması bacarığı barədə danışacaq.  “AtaHolding”  Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova turizm sahəsində PR-fəaliyyətin əsas istiqamətləri mövzusunda çıxış edəcək. Ictimai rəyin yaranması və  məqsədli auditoriyalar, eləcə də geniş əhali kütləsi  tərəfindən turizm strukturunun  fəaliyyətinə xoş münasibət necə formalaşır. 
         Təlimdə iştirak etmək istəyən tələbələr öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Xəbər xətti