“Deputatların tələbə övladları varsa, gedib işləsinlər” - VİDEO

13:09 - 17 İyun 2026 - Cəmiyyət

Deputat Aqil Abbasın gənclərin Qarabağda aparılan tikinti işlərində könüllü şəkildə çalışması ilə bağlı təklifi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Ucnoqta.az xəbər verir ki, mövzu ilə bağlı pravda.az-a açıqlama verən deputat videonun təhrif edilərək paylaşıldığını bildirib.

A.Abbas qeyd edib ki, onun dediklərinin bütöv versiyası videoda əks olunmayıb: “Demişəm ki, tələbələr iki ayı boş qalırlar, Qarabağda könüllü tələbə-inşaat dəstələri düzəldib işləyə bilərlər və yaxşı da maaş ala bilərlər. Onlara imtiyaz da verilə bilər. Orada ev ala bilərlər. Onlar üçün iş yeri olar. Belə bir söz demişəm. Sözümün də üstündə dururam. Mənim övladlarımın yaşları keçib. Millət vəkillərinin tələbə övladları varsa, onlar da gedib işləsinlər. Burada pis bir şey yoxdur. Məni istəməyənlər yenə ara qarışdırmaq üçün belə bir şey paylaşıblar. Açıb baxsınlar mən necə demişəm... Demişəm ki, Qarabağda gedib könüllü vuruşub şəhid olublar, gedib işləyə də bilərlər. Burada qeyri-adi bir şey yoxdur. Pulsuz da deməmişəm. Hətta demişəm ki, pulsuz da işləyə bilərlər, amma maaş alarlar, gəlib təhsilhaqlarını ödəyə bilərlər”.

Xəbər xətti