İspaniya milli komandasının oyunçusunu otelə buraxmadılar

11:32 - 19 İyun 2026 - Xəbər

İspaniya milli futbol komandasının hücumçusu Borja İqlesiasa komandanın ABŞ-ın Tennessi ştatının Çattanuqa şəhərindəki təlim-məşq bazasına girişinə icazə verilməyib.

Ucnoqta.az bildirir ki, bu barədə El Espanol məlumat verib.

İqlesiasa akkreditasiyasını oteldə qoyaraq gəzintiyə çıxıb. Təlim bazasına qayıtmaq istəyəndə təhlükəsizlik işçiləri onu tanımayıblar və içəri buraxmaqdan imtina ediblər. Hücumçunun içəri buraxılması üçün milli komandanın administratoruna zəng etməli olduğu bildirilir.

Xəbər xətti