Yevlaxın 8 kəndinin qazı kəsiləcək

12:43 - 17 İyun 2026 - ÖLKƏ İÇİ

Sabah Yevlax rayonunun 8 kəndinin qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Yevlax rayonunun Cırdaxan, Salahlı, Varvara, Balçılı, Ağqrax, Səmədabad, İsmayılabad və Bünyadabad kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər xətti