FHN polkovnikinin qanunsuz obyekt tikməsinin qarşısı alındı

13:13 - 8 May 2026 - Xəbər

Quba şəhəri, "Qəçrəş yolu" yaşayış massivi ərazisindəki qanunsuz tikintinin qarşısı alınıb.

Ucnoqta.az Unikal-a istinadən xəbər verir ki, qanunsuz tikintiyə Quba Rayon İcra Hakimiyyəti tərəfindən müdaxilə edilib.

Quba Rayon İcra Hakimiyyəti bu barədə sorğunu təsdiqləyib: "Aşkar edilmiş qanunsuz tikinti ilə bağlı Quba Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumlara məlumat verilib. Nəticədə qanunsuz tikintinin qarşısı alnıb".

Məlumata görə, sözügedən qanunsuz tikinti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin rəisi polkovnik Rövşən Nəbiyevə məxsus olub.

Belə ki, o, Qəçrəş yolu üzərindəki özünə məxsus olduğu bildirilən 20 sot torpaq sahəsində 3 mərtəbəli qeyri-yaşayış obyekti tikdirmək istəyib.

Qeyd edək ki, Rövşən Nəbiyev bu vəzifəyə ötən ilin iyun ayında gətirilib.

Xəbər xətti