Çin-ABŞ münasibətləri davamlı irəliləyişi qorumalıdır - Si Cinpin

06:55 - 30 Oktyabr 2025 - DÜNYA

Pekin və Vaşinqton arasındakı münasibətlər bir sıra mürəkkəb çətinliklərə baxmayaraq, problemsiz irəliləməlidir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin prezidenti Si Cinpin Cənubi Koreyanın Busan şəhərində ABŞ prezidenti Donald Trampla görüşündə bildirib.

"Fırtına və çətinliklərlə üzləşən biz sükançılar olaraq istiqaməti müəyyənləşdirməli və ümumi vəziyyəti idarə etməli, Çin-ABŞ münasibətlərinin davamlı irəliləyişini təmin etməliyik", - deyə Sinxua xəbər agentliyi onun sözlərini sitat gətirib.

Xəbər xətti