Avstriya Silahlı Qüvvələri yüzlərlə kəşfiyyat dronunu qəbul edib

13:59 - 29 Oktyabr 2025 - DÜNYA

Bundesheer (Avstriya Silahlı Qüvvələri) kəşfiyyat üçün 300-dən çox dron qəbul edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avstriya dövlətinin müdafiə naziri Klaudiya Tanner mətbuat konfransında bildirib.

Müdafiə naziri həmçinin hökumətin mümkün qədər tez qəbul etməyi ümid etdiyi Avstriya dron əleyhinə müdafiə strategiyasının hazırlanmasının aktiv mərhələsinin başlandığını elan edib.
Tanner konkret bir müddət açıqlamayıb və qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsinin vacibliyini və bunun üçün parlamentin təsdiqini tələb etdiyini bildirib.

Xəbər xətti