Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, oktyabrın 28-də polis əməkdaşları respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 1 tapança, 65 qumbara, 18 alışdırıcı, 11 partladıcı, 23 mərmi, 6 tüfəng, 249 patron darağı və 18885 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.