Kubaya yaxınlan Melissa qasırğası yenidən güclənir

08:37 - 29 Oktyabr 2025 - DÜNYA

Əvvəllər 4-cü kateqoriyaya, daha sonra isə 3-cü kateqoriyaya qədər zəifləmiş Melissa qasırğası Kubanın şərqinə yaxınlaşdıqca yenidən güclənib.

Ucnoqta.az bildirir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat verib.

Mərkəz açıqlamasında bildirib ki, yaxın saatlarda bölgəyə çatacağı və son dərəcə təhlükəli güclü qasırğaya çevriləcəyi gözlənilir.

Məlumata görə, Melissanın təsiri artıq güclü küləklərin və təxminən 90 mm yağışın qeydə alındığı şərqi Santyaqo-de-Kuba əyalətində hiss olunur.

Xəbər xətti