Azərbaycan milli komandası noyabrda İslandiya və Fransa yığmasına qarşı Dünya çempionatının seçmə mərhələsi oyunlarını keçirəcək.
İslandiya ilə matç noyabrın 13-də saat 21:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək. Fransa ilə qarşılaşma isə noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Görüşlərin biletləri satışa çıxarılıb. Oyunlara iticket.az saytından bilet ala bilərsiniz.
Fransa ilə görüşün biletləri 5-200 manat arasında dəyişir. İslandiya ilə oyunun qiyməti isə 5-30 manat arasındadır. ///Offsideplus.az