Bakıda keçiriləcək Cüdo üzrə Dünya Çempionatı təxirə salındı

11:46 - 29 Oktyabr 2025 - İDMAN

2026-cı ildə Bakıda keçiriləcək Cüdo üzrə Dünya Çempionatı oktyabr ayına qədər təxirə salınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat verib. Məlumata görə, 2026-cı ildə Bakıda keçiriləcək Cüdo üzrə Dünya Çempionatı 4-11 oktyabr tarixlərində keçiriləcək.

Yarışların əvvəlcə 9-16 iyul tarixlərində keçirilməsi planlaşdırılırdı. Təxirə salınma digər beynəlxalq idman tədbirləri ilə toqquşmalar və daha geniş auditoriyaya yayımın təmin edilməsi istəyi ilə bağlı idi.

Xəbər xətti