28 oktyabr axşamından bəri İsrailin Qəzza zolağına endirdiyi hava hücumları nəticəsində ölənlərin sayı 104-ə çatıb.
Ucnoqta.az bildirir ki, Fələstin anklavının Səhiyyə Nazirliyi bu barədə məlumat verib.
Nazirliyin məlumatına görə, ölənlər arasında 46 uşaq və 20 qadın var. 253 fələstinli yaralanıb.