Bakı Ağır Cinayətlər Məhkəməsinə 3 yeni hakim təyin edildi

17:12 - 29 Oktyabr 2025 - Xəbər

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Bakı Ağır Cinayətlər Məhkəməsinə 3 yeni hakim təyin edilib.

Ucnoqta.az xəbər verir ki, Hüseyn İnanc oğlu Hüseynli, Nigar Arzu qızı İmanova və Babək Əkbər oğlu Pənahov bu məhkəməyə hakim təyin olunublar. 

Qeyd edək ki, bundan əvvəl Hüseyn Hüseynli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin, Nigar İmanova Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin, Babək Pənahov isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi olub.

Xəbər xətti