Fransanın cənub-şərqində kabel yanğınları səbəbindən yüksək sürətli TGV qatar xidməti dayandırılıb.
Ucnoqta.az xəbər verir ki, Fransa Milli Dəmir Yolları Şirkəti (SNCF) bu barədə öz veb saytında məlumat verib.
Bəyanatda qeyd olunur ki, Lion və Avinyon arasındakı xətlərdə yanğına səbəb olan vandalizm səbəbindən cənub-şərqdə yüksək sürətli qatar xidməti ciddi şəkildə pozulub.
SNCF bir çox qatarın ləğv edildiyini vurğulayıb. Tam xidmətin 28 oktyabra qədər bərpa olunacağı gözlənilmir.
Lion-Paris marşrutunda da gecikmələr müşahidə olunur.