Günəşdə X sinfinə yaxın güclü alışma baş verib
Ucnoqta.az xəbər verir ki, Tətbiqi Geofizika İnstitutu (IPG) fevralın 6-da Günəşdə ən yüksək dərəcəli X sinfinə yaxın güclü alışma baş verdiyi barədə məlumat yayıb.
3981 (N05W16) günəş ləkələri qrupunda rentgen diapazonunda 35 dəqiqə davam edən M7.6 alışması qeydə alınıb.
Ekspertlərin fikrincə, bu, fevral ayında ikinci ən güclü hadisədir. İndiyədək ən böyüyü fevralın 3-də qeydə alınan M8.8 məşəlidir.///tass