Mozambikdə Konstitusiya Şurasının oktyabrın 9-da keçirilən ümumi seçkilərin yekun nəticələrini elan etməsindən sonra 24 saat ərzində baş verən iğtişaşlarda ən azı 21 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Mozambikin daxili işlər naziri Paşual Ronda məlumat verib.
Nazir müxalifətin Kabo Delqado əyalətinin şimalında islam terrorçuları ilə birgə hərəkət etdiyini etiraf edib.
Hökumət əleyhinə nümayişlərin iştirakçıları paytaxtda yanan avtomobil təkərlərindən və yıxılan küçə dirəklərindən barrikadalar qurub, mağaza və ofisləri, polis məntəqələrini, bankları və yanacaqdoldurma məntəqələrini qarət edib yandırıblar.