Yəmənin Ənsar Allah üsyançı hərəkatının husiləri Təl-Əvivin Yaffa bölgəsində yerləşən hərbi hədəfə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu açıqlama ilə husilərin nümayəndəsi Yəhya Sariya çıxış edib.
Onun sözlərinə görə, əməliyyat öz məqsədinə uğurla çatıb. Ənsar Allah hərbi sözçüsü husilərin bu düşmənlə uzun müharibəyə hazır olduqlarını və Qəzza zolağında fələstinliləri dəstəkləməyə davam etmək niyyətində olduqlarını vurğulayıb.
Ənsar Allah ordusunun sözçüsünə görə, husilər Təl-Əvivə iki “hipersonik ballistik raket”lə hücum ediblər.
Onun sözlərinə görə, raket zərbəsi İsrailin Yəmənə hücumu ilə eyni vaxtda həyata keçirilib.