Gürcüstan istəsələr, Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçi rolunu oynamağa hazırdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri İrakli Kobaxidze müsahibəsində bildirib.
“Gürcüstanda, məsələn, vasitəçi kimi və ya danışıqların təmin edilməsi prosesində daha da fəal iştirak etmək üçün maraq varsa, biz həmişə bununla bağlı hazır olduğumuzu qeyd edirik. Bu hazırlıq bu gün də qüvvədədir. Əgər müvafiq maraq olarsa, biz iki qonşu ölkəmizə öz köməyimizi və dəstəyimizi təklif etməyə hazırıq”, - Kobaxidze bildirib.