ABŞ-ın Tafts Universitetinin alimlərinin apardığı araşdırmaya görə, püstənin tərkibindəki antioksidant lutein gözü zərərli işıqdan qoruyur və görmə qabiliyyətini gücləndirir.
Ucnoqta.az xəbər verir ki, araşdırmada, gündəlik 57 qram püstə istehlakının 6 həftədə makula piqmentinin optik sıxlıq səviyyəsini artıraraq göz sağlamlığına töhfə verdiyi müəyyən edilmişdir.
Bu antioksidant ekranlardan zərərli mavi işığı süzməyə kömək edir və retinal degenerasiyadan qoruyur.