Yeni Zelandiyada Hamilton şəhərində dəmiryol keçidində baş verən qəza nəticəsində azı 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, qatarla avtomobilin toqquşması ölkənin ən böyük şəhəri Oklenddən (Şimali ada) 100 km cənubda yerləşən Hamiltonda dəmiryol keçidində baş verib.
Səhər tezdən içərisində sürücü və dörd sərnişinin olduğu minik avtomobili yük qatarı ilə toqquşub. Avtomobildə olan 3 nəfər hadisə yerində ölüb, daha iki nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Onların vəziyyəti ağır qiymətləndirilir.