"Neftçi" baş məşqçisi Roman Qriqorçukla yollarını rəsmən ayırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 59 yaşlı mütəxəssis cari mövsümün əvvəli paytaxt təmsilçisinin "sükanı arxasına" keçmişdi. O, Azərbaycan Premyer Liqasının arxada qalan 9 turu ərzində "Neftçi"nin baş məşqçisi kimi 5 dəfə heç-heçəyə imza atıb, 4 görüşdə məğlub olub.
13:41
“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk postundan ayrılmaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, təcrübəli mütəxəssis klubla vidalaşmaq istəyini rəhbərliyə çatdırıb.
59 yaşlı ukraynalı iki illik müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilməsinə də hazırdır. Mütəxəssis postunu vaxtından əvvəl tərk etdiyinə görə kompensasiya da istəmir.
Amma mütəxəssisin istefası ilə bağlı məsələyə hələ nöqtə qoyulmayıb. Qriqorçuk yaxın müddətdə klub rəhbərliyi ilə görüşməlidir və bundan “Neftçi”nin baş məşqçisinin taleyinə tam aydınlıq gələcək.
Qeyd edək ki, bu ilin yayında “ağ-qaralar”ın sükanı arxasına keçən Qriqorçukun komandası qələbə qazanmadığı 9 oyunda cəmi 5 xal toplayıb.///idman.biz