SEPAH döyüşçülərinin rabitə vasitələrində yoxlamaya başladı

10:27 - 23 Sentyabr 2024 - DÜNYA

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livanda bu cür cihazların silsilə partlayışlarından sonra öz qoşunlarına hər hansı texniki rabitə vasitələrindən istifadə etməyi qadağan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran təhlükəsizlik xidmətindəki mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Onların məlumatına görə, İran İnqilabı Keşikçiləri Korpusu təkcə rabitə cihazlarını deyil, demək olar ki, bütün texniki avadanlıqları da genişmiqyaslı yoxlamaya başlayıb.

Departamentin rəhbərliyi baş verənlərdən narahatdır və Hizbullahdan texniki ekspertizanın nəticələrini, həmçinin partladılmış məhsulların bir neçə nümunəsini istəyib.

Xəbər xətti