Azərbaycan dövlət başçısının İtaliya Prezidenti ilə birgə işçi naharı başlayıb

16:11 - 5 Sentyabr 2024 - SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 5-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı başlayıb.

Bu barədə APA-nın İtaliyaya ezam olunmuş əməkdaşı xəbər verir.

Romanın “Quirinale” Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Prezidenti Sercio Mattarella dövlət başçısını qarşılayıb.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edilib.

Sonra birgə foto çəkdirilib.

Xəbər xətti