Ən “uğurlu” qan qrupu

09:47 - 16 Sentyabr 2024 - DİGƏR

Yapon tədqiqatçıları insanların qan qrupuna görə uğurlarının bir növ sıralamasını tərtib ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nature Medicine jurnalında məlumat yayılıb. Araşdırmanın nəticələrinə görə, müəyyən qan qruplarına sahib olanların uğur və sərvət əldə etmək ehtimalı daha yüksəkdir.

Alimlər qeyd ediblər ki, ikinci qan qrupu olan insanlar ən məqsədyönlü, məsuliyyətli və zəhmətkeşdirlər.
Mütəxəssislərin fikrincə, məhz bu keyfiyyətlər onlara məqsədlərinə çatmağa kömək edir, diqqəti ikinci dərəcəli işlərə yayındırmır.

Bu reytinqdə şərəfli ikinci yeri birinci qan qrupunun daşıyıcıları tutur.
Onlar da uğura can atsalar və inadkar olsalar da, bəzən həddindən artıq mükəmməllik, həmçinin öz maraqlarını başqalarından üstün tutmaq meylləri onlara mane olur.
Üçüncü qan qrupu olan insanlar, bir qayda olaraq, yaradıcı qabiliyyətlərə malikdirlər.
Onların arasında ən çox yaradıcı yanaşma tələb edən peşələrdə uğur qazanan romantiklər var.
Dördüncü qan qrupunun daşıyıcıları isə fiziki fəaliyyətləri və sağlamlıqlarına qayğıları ilə seçilirlər ki, bu da onları idman sahəsində uğur qazandırır.

Xəbər xətti