Bakıda normadan artıq yağış yağıb

09:43 - 17 May 2026 - Xəbər

Mayın 17-si saat 09:30-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı 40-55 mm qeydə alınıb ki, bu da aylıq normanın 203-279 %-ni təşkil edir.

Xəbər xətti