Avstraliya İrana qarşı sanksiyaları genişləndirib

07:50 - 16 Sentyabr 2024 - DÜNYA

Avstraliya İrana qarşı sanksiyaları genişləndirərək beş İran vətəndaşının qara siyahıya salındığını bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin rəhbəri Penni Vonq bildirib.

“Mahsa Aminin faciəli ölümünün ikinci ildönümünü qeyd etmək üçün Avstraliya hökuməti daha beş İran vətəndaşına qarşı məqsədyönlü iqtisadi sanksiyalar və səyahət qadağası tətbiq edir.

Bu gün barələrində məhdudlaşdırıcı tədbirlər tətbiq edilənlər arasında yüksək rütbəli təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları da var” - Vonq bildirib.

Nazir həmçinin qeyd edib ki, Avstraliya 195 İran vətəndaşı və biznesinə qarşı məqsədyönlü sanksiyalar tətbiq edib.

 “Bu tədbirlər bizim İranı insan haqlarının pozulmasına görə məsuliyyətə cəlb etməkdə qətiyyətimizi nümayiş etdirir”, o deyib.

Xəbər xətti