Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar 66 km dərinlikdə, yerli vaxtla 15:52-də qeydə alınıb.