Bank kartından pul oğurlayan qadın saxlanıldı

11:36 - 24 İyun 2024 - HADİSƏ

İyunun 18-də bir nəfərin bank kartından 306 manatının oğurlanması barədə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a DİN Mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, araşdırmalarla taksidə olan qadının zəng etmək adı ilə aldığı telefondan mobil tətbiq vasitəsilə 306 manat oğurlayaraq öz hesabına köçürməsi məlum olub. 

Keçirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü qadın müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti