Sertifikasiya imtahanlarında 4 mindən çox müəllim keçid balını toplaya bilməyib - Nazir

15:23 - 27 İyun 2024 - Xəbər

Builki sertifikasiya imtahanlarında 64 min 500 müəllim iştirak edib.

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, onlardan 31 852-si ibtidai sinif, 9 892-si Azərbaycan dili və ədəbiyyat, 8 807-i riyaziyyat, 13 957-si isə xarici dil müəllimi olub.

O vurğulayıb ki, hər iki cəhddə keçid balını toplaya bilməyənlər cəmi 4 030 nəfərdir ki, bu da ibtidai sinif müəllimlərinin 13 faizini təşkil edir: "443 müəllim isə hələ prosesdə iştirak etməyib".///report

Xəbər xətti