Ronaldodan Avro-2024-də qeyri-adi rekord

10:25 - 28 İyun 2024 - İDMAN

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo oyundankənar vəziyyətlərin sayına görə 2024-cü il Avropa çempionatının rekordunu müəyyənləşdirib.

Ucnoqta.az xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidmətindən verilən məlumata görə, 39 yaşlı portuqaliyalı qrup mərhələsinin üç matçında beş dəfə ofsayd vəziyyətində olub.

Reytinqdə ikinci yerdə dörd ofsayd olan macar hücumçu Barnabas Varqadır.

Xəbər xətti