Polşada yanacaq çənləri yandı

11:11 - 28 İyun 2024 - DÜNYA

Polşanın cənubundakı Slavkov kəndində səhər saatlarında yanacaq çənlərində yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Polsat telekanalına respublikanın yanğından mühafizə xidmətinin mətbuat katibi Karol Kejkovski məlumat verib.

 Onun sözlərinə görə, yanğının söndürülməsinə 70-ə yaxın yanğınsöndürən və 19 texnika cəlb olunub. Kejkovski bildirib ki, xəsarət alan olmayıb. Yaxınlıqdakı çənlər və yük maşınlarının qoşquları tamamilə yanıb.

Yanğının səbəbi hələ müəyyən edilməyib.///tass

Xəbər xətti