"Laçın bizim Kəbəmizdir"

09:12 - 28 İyun 2024 - ÖLKƏ İÇİ

"Ömrümüzün ən yaxşı çağları Laçında keçib. Laçın bizim Kəbəmizdir."

Ucnoqta.az AzərTac-a istinadən xəbər verir ki, bu sözləri bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Möhübbət Süleymanov deyib.

"Həyatın amansız sınaqları ilə üz-üzə qalsaq da, ümidimizi, inamımızı heç vaxt itirməmişik. Çox sevinirik ki, artıq bizə məcburi köçkün deyilməyəcək. Biz Şuşanın sahibləriyik, bundan sonra öz doğma yurdumuzda əmin-amanlıq içərisində yaşayacağıq.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!".

Xəbər xətti