Dehli hava limanının damı uçdu - ölən və yaralananlar var

08:21 - 28 İyun 2024 - DÜNYA

İndira Qandi adına Dehli hava limanının 1-ci Terminalında damın bir hissəsinin uçması nəticəsində azı bir nəfər ölüb, 8 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, Hava limanının nümayəndəsi jurnalistlərə bildirib ki, zərər çəkmiş terminaldan bütün reyslər müvəqqəti olaraq dayandırılıb.

 O, həmçinin bildirib ki, bütün reyslər saat 14:00-a qədər təxirə salınıb. Uçulmaya səbəb güclü yağış olub. Bununla belə, beynəlxalq reyslər yalnız daxili reyslər Termilal-1-dən, beynəlxalq uçuşlar isə Terminal-3-dən həyata keçirildiyi üçün fəaliyyətə davam edir.

Xilasetmə işləri davam edir.///tass

Xəbər xətti