Qobustanda mağaza yandırılıb

10:52 - 28 İyun 2024 - HADİSƏ

İyunun 26-da gecə saatlarında Qobustan qəsəbəsi ərazisində yerləşən bir mağazanın yanması ilə bağlı Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində aparılan araşdırmalarla yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Ramin Musayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti