Sabahkı hava ilə bağlı sarı xəbərdarlıq edilib

17:24 - 23 İyun 2024 - ÖLKƏ İÇİ

İyunun 23-25-də gündüz saatlarında bəzi dağlıq ərazilərdə küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, qısa müddətə Naxçıvan, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Qobustan, Xızı rayonlarında sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xəbər xətti