Zərdabda kanalda qumbara və pulemyot tapıldı

11:10 - 17 Aprel 2024 - Xəbər

Zərdab Rayon Polis Şöbəsinə rayonun Hüseynxanlı kəndi ərazisindən keçən su kanalında qumbara və pulemyot tapılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd pulemyot, daraq və 760 ədəd patron aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər xətti