Zurabişvili Makron və Mişelə müraciət edib

00:14 - 17 Aprel 2024 - DÜNYA

Gürcüstan prezidenti Salome Zurabişvili Fransa lideri Emmanuel Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelə müraciət edərək Gürcüstandakı xarici agentlər və mitinqlər haqqında qanun layihəsi ilə bağlı vəziyyəti Avropa Şurasının iclasının gündəliyinə daxil etməyi xahiş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan liderinin administrasiyası məlumat yayıb.

Bildirilir ki, Gürcüstan prezidenti Salome Zurabişvili bu məsələnin gündəmdə olmamasına baxmayaraq, Avropa Şurasının sabahkı iclasında Gürcüstanda baş verən hadisələri müzakirə etmək xahişi ilə Şarl Mişel və Emmanuel Makrona müraciət edib.

Xəbər xətti